Mədəniyyət

Aftandil İsrafilovun musiqiçi qardaşı da xəstəxanaya yerləşdirildi

Sharing is caring!


Xalq artisti Aftandil İsrafilovun özü kimi qarmon ifaçısı olan qardaşı Ənuşirəvan İsrafilov da xəstəxanaya yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə müğənni Fədayə Laçın məlumat verib: 
“Gənc yaşlarımdan mənə həmişə dəstək olan gözəl insan Aftandil İsrafilov. Allah sizə şəfa versin. Bir möcüzə olsun. Siz də, qardaşınız Ənüşirəvan İsrafilov da tezliklə sağalın, evinizə, ailənizə dönün. Sizi sevirik, dualarımızdasınız”. 

Qeyd edək ki, qarmon ustası Aftandil İsrafilov ötən ilin noyabr ayından bəri xəstəlikdən əziyyət çəkir. Son dəfə mart ayında reanimasiyaya yerləşdirilən sənətçinin vəziyyəti kritikdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir