Mədəniyyət

Sənət yoldaşları mərhum Xalq artisti haqqında: “Səhhətindən şikayəti yox idi, çox qəfil itki oldu” – VİDEO

Sharing is caring!


Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov vəfatından sonra sənət dostları onun haqqında fikirlərini bölüşüblər.

Mərhumun evinin önünə gələn aktyorlar, teatrın işçiləri qeyd ediblər ki, Xalq artistinin ölümü gözlənilməz və qəfil olub.

Xalq artisti Məleykə Əsədova Baku TV-yə açıqlamasında qeyd edib ki, bu hadisə Azərbaycan mədəniyyəti üçün çox böyük itkidir.

Aktyor Məhəmməd Verdizadə də bildirib ki, Azərpaşa Nemətov son günlər yaxşı əhvalda olub və bir şikayəti yox idi.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir