Mədəniyyət

Parisdən “Əsli və Kərəm” və “Aşıq Qərib” dastanlarının əlyazma nüsxələrinin surətləri əldə edilib – FOTO

Sharing is caring!


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov Paris Milli Kitabxanasından “Əsli və Kərəm” (“Hekayəti-Kərəm” adı ilə) və “Aşıq Qərib” (“Aşıq Qərib və Şahsənəm xanım” adı ilə) dastanlarımızın XIX əsrdə ərəb qrafikası ilə yazıya alınmış variantlarının surətlərini əldə edib.

Bu barədə AMEA-dan məlumat verilib.

Bildirilib ki, “Hekayəti-Kərəm” adlı birinci əsər 157 səhifədən ibarətdir. 1850-ci ildə nəstəliq xətti ilə köçürülüb. Hadisələr Bakı nəşrlərindən fərqli olaraq, İsfahanda deyil, Şirazda cərəyan edir.

İkinci əlyazma “Aşıq Qərib” dastanının ən qədim nüsxəsidir. 1838-1839-cu ildə nəstəliq xətti ilə köçürülüb. 65 səhifəlik əlyazmanın nəzm hissəsi, əsasən, qoşmalardan ibarətdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir