Mədəniyyət

Xalq artisti giley-güzar elədi: “Məni ən çox Firuzə İbadova incidib”

Sharing is caring!

“Məni ən çox Firuzə İbadova incidib. Onun qəribə cazibəsi var idi. Hara gedirdik, onun dalınca düşürdülər. Gözəl qız idi”.

Bu fikirləri Lent.az-a “Lalə” qızlar ansamblının rəhbəri, Xalq artisti Ceyran Haşımova səsləndirib.

“Bir dəfə gördüm ki, qastrol zamanı yatdığımız otağın pəncərəsinə daş atırlar. Bir cavan oğlan idi, gəlib ki, Firuzə məni çağırıb. A bala, nə vaxt? Deyir, konsertdə oxudu ki , “get, Ay batandan sonra gəl, ay oğlan”. Xalq mahnısını dinləyib, gəlib Firuzənin dalınca. Hər konsertdə tapşırırdım ki, Firuzə, oxuyanda tamaşaçılara yox, mənə bax, üzünü mənə tut, oxu. Firuzə İbadova səhnədə bütün sevgi mahnılarını mənə oxuyurdu”, – deyə o bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir