Mədəniyyət

Co Baydenə kömək edən “Netflix” aktyoru yeniyetmələrdən əxlaqsız şəkillər tələb edib – FOTO

FTB “Netflix” ulduzu Jerry Harrislə bağlı istintaqa başlayıb.

Bu bərədə “Fox News” xəbər yayıb.

“Cheer” sənədli filmində rol alan Harris, yetkinlik yaşına çatmayanlardan ədəbsiz fotoşəkil tələb etməkdə şübhəli bilinir. FTB-nin Harrisin evi üçün axtarış qərarı tələb etdiyi məlumdur.

Harrisin sözçüsü mediaya açıqlamasında bütün deyilənlərin aktyor özü uşaq olanda baş verdiyini bildirib.

“İstintaq başa çatdıqda həqiqətin ictimaiyyətə açıqlanacağına əminik”, – deyə o əlavə edib.

Harrisə rəsmi ittiham irəli sürülməyib. Aktyorun seçki kampaniyası dövründə keçmiş vitse-prezident və prezidentliyə namizəd Co Baydenə kömək etdiyi məlumdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir