Cəmiyyət

Lənkəranda “KamAZ” minik avtomobili ilə toqquşub, yaralılar var – FOTO

Sharing is caring!

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, yaralılar var.

“Report” xəbər verir ki, hadisə rayonun Təngivan kəndində qeydə alınıb. Belə ki, Lənkəranın Şovu kənd sakini, 1975-ci il təvəllüdlü Cəfərov Ədalət Baba oğlunun idarə etdiyi “KamAZ” markalı yük avtomobili, Lerik rayonunun Ambu kənd sakini, 1984-cü il təvəllüdlü Əliyev Vaqif Mirzahid oğlunun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişin – Əlixan Məmiş oğlu Əhmədov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir