İqtisadiyyat

FIFA Azərbaycanın işğaldan azad olunmuş ərazilərində futbol infrastrukturu üçün pul ayıra bilər

Sharing is caring!


“FIFA Forward” Azərbaycanın işğaldan azad edilən rayonlarına maliyyə dəstəyi verə bilər. 

Bu barədə FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov “Anadolu” agentliyinə açıqlamasında deyib.

O bildirib ki, assosasiya müharibə və gərginliyin olduğu ölkələrdə futbolun davamlı inkişaf etməsini istəyir.

“Döyüşlər zamanı infrastruktur zədələnir. Müharibələr bitdikdən sonra zərər görən ölkələrə dəstəyimizi göstərəcəyik”, – deyə funksioner vurğulayıb.

O bir gün dünyaya sülh gələcəyini, futbolla insanların bir olacağını, dünyanın daha qlobal olacağına ümidini ifadə edib.

Qeyd edək ki, “FIFA Forward” dünyanın ən böyük idman investisiya fondudur və FIFA üzvlərinin futbolun inkişafına sərmayə qoyması üçün yaradılıb. Dünya futbol assosiasiyalarının yarıdan çoxu (211 ölkədən 106-sı) öz ölkələrində futbolu inkişaf etdirmək üçün yalnız “Forward” fondlarına güvənir. 2016-cı ildə təsis edildikdən sonra “FIFA Forward” dünyanın 211 ölkəsində milli futbol federasiyaları vasitəsilə səkkiz il ərzində 2,8 milyard dollar sərmayə qoyub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir