Kriminal manset

Keçmiş icra başçısının məhkəməsi başladı

Sharing is caring!

Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ramiz Yediyarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

XəbərAl.az xəbər verir ki, Gədəbəy rayon Məhkəməsinin hakimi Maarif Kazımovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttahama münasibət bildirən Ramiz Yedigarov özünü təqsirli bilməyib.

Növbəti proses sentyabrın 19-da davam edəcək.

İstintaq orqanı tərəfindən Ramiz Yediyarovun barəsində Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham elan edilib.

Zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Xatırladaq ki, Ramiz Yediyarov 2012-2018-ci illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir