Dünya manset

Oğru həbsxanada olmalıdır, Maldiv adalarında yox – Zelenski

Sharing is caring!

Xoşbəxtlik oğrunu həbsxanada görməkdir, Maldiv adalarında yox.

XəbərAl.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

O, daha sonra deyib:

“Bizə nə qədər inanmırlarsa, bizdə bir o qədər yaxşı alınır. Bu, prezident seçkiləri zamanı da, deputat toxunulmazlığının ləğvi ilə də bağlı elə oldu. Korrupsiyanı aradan qaldırmaqla bağlı da elə olacaq”.

Prezident Ukraynanın korrupsiyaya qalib gələcəyini və bunda günahı olanların məsuliyyətə cəlb ediləcəyini söyləyib.

Bu ilin avqustun əvvəlində Ukrayna Dövlət Təhqiqat Bürosu ölkənin keçmiş prezidenti Petro Poroşenkonun 2018-ci ildə Maldiv adalarına istirahətə getdiyi zaman dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi açıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir