Kriminal

Mingəçevirdə beşinci mərtəbədən yıxılan kişi oğru olub? – YENİLƏNİB + AÇIQLAMA

Sharing is caring!

Daxili İşlər Nazirliyi Mingəçevirdə beşinci mərtəbədən yıxılan kişinin oğru olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bir nəfərin binanın pilləkənlərindən yıxılaraq xəsarət alması ilə bağlı polis şöbəsinə məlumat daxil olub:

“Həmin şəxsin hansı məqsədlə qeyd edilən ərazidə olması və yıxılaraq xəsarət alması ilə bağlı hazırda araşdırma aparılır”.

10:06

Mingəçevirdə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilən kişi beşmərtəbəli binanın sonuncu mərtəbəsindən yıxıldığını desə də, kimliyini müəyyənləşdirmək mümkün olmayıb.

“Unikal”ın məlumatına görə, hadisə gecə saatlarında Sahil parkı ərazisindəki beşmərtəbəli binanın qarşısında qeydə alınıb.

Belə ki, müxtəlif bədən xəsarətlər alan kişi beşinci mərtəbədən yıxıldığını iddia edir.

Qeyd edək ki, yaralı həmin binada yaşamır və rəsmi portalda kimliyi özünü təqdim etdiyi kimi təsdiqini tapmır. Onun hansısa mənzillərdən birinə oğurluq məqsədi ilə girdiyi və sonra məcbur qalaraq özünü oradan atdığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir