Siyasət

CBC-nin efirində Qarabağa qanunsuz buraxılan əcnəbilər və sülhməramlıların fəaliyyəti müzakirə edilib – VİDEO

Sharing is caring!

Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib.

Sözügedən hadisə, həmçinin, bir neçə gün əvvəl sülhməramlıların nəzarətindəki ərazilərə qanunsuz buraxılan xaricilərlə və ümumilikdə sülhməramlıların fəaliyyəti əlaqədar CBC televiziya kanalında yayımlanan “Spetsialno seyças” (“Xüsusi olaraq indi”) verilişinin efirində jurnalistlərin və ekspertlərin iştirakı ilə müzakirə təşkil olunub.

“Global Media Group”un media direktoru Həmid Həmidov, siyasi icmalçı İlqar Vəlizadə və “Milli.az” saytının baş redaktoru Elçin Alıoğlu canlı efir vasitəsi ilə Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini, bunun müqabilində Azərbaycan tərəfinin həyata keçirdiyi tədbirləri, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə aparılan müzakirələrin doğuracağı mümkün nəticələri müzakirə ediblər. 

Həmid Həmidov çıxışında vurğulayıb ki, iki il ərzində sülhməramlı kontingentin Azərbaycan ərazisindəki fəaliyyəti, bu gün də şahidi olduğumuz kimi böyük ölçüdə heç bir qanuni çərçivəyə sığmır:

“Bu gün bizim jurnalistlərə qarşı sərgilənən münasibət, Azərbaycan vətəndaşının, jurnalistinin öz ölkəsinin ərazisində sərbəst hərəkətinə maneə törətmək yolverilməzdir. Sülhməramlının fəaliyyəti sülh və sabitlik yaratmaqdır, məhdudiyyət tətbiq etmək yox. Bu ölkənin vətəndaşlarının öz ölkəsinin torpağında hərəkətinə hansısa qadağanın qoyulması qanunsuzdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir