Kriminal

Ana həbsdə olan oğluna “patı” apardı

Sharing is caring!

Bakı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Ramil Nazim oğlu Bayramovla qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər sakini Cəmilə Məlik qızı Bayramovanın gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman orada olan cins şalvarın tikiş hissəsinin arasında xüsusi üsulla gizlədilmiş bükülülərdə ümumi çəkisi 0,692 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 0,195 qram olan psixotrop maddə – metamfetamin (patı) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir