Cəmiyyət

Bərdədə hektarlarla sahədə əkilən məhsul susuzluqdan yanıb – VİDEO

Sharing is caring!


Bərdə rayonunun Mehdixanlı kəndində yeni subartezian quyusu qazılıb istifadəyə verilsə də, sakinlər bir dəfə də olsun ondan istifadə edə bilmədiklərini deyirlər.

Səbəb isə subartezian quyusunun su nasosunun istifadəyə yararsız olmasıdır. Nasos bir neçə dəfə təmir edilsə də, işlək vəziyyətə düşməyib. Buna görə də quyunun yanında yerləşən hektarlarla əkin sahəsi susuz qalıb. 

Susuzluq səbəbindən əkdikləri məhsulların məhv olduğunu deyən sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həllini tapmayıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir