Dünya

Ukraynada partizanlar çox sayda rusiyalı zabiti zəhərlədilər: Ölənlər var

Sharing is caring!


Ukraynanın müvəqqəti olaraq işğal olunmuş Mariupol şəhərində ukraynalı partizanlar kütləvi şəkildə rusiyalı zabitləri zəhərləyiblər.

Bu barədə Mariupol merinin müşaviri Pyotr Andryuşenko “Telegram” kanalında məlumat verib. O bildirib ki, şəhər müqavimətinin “Ї” qrupu rusiyalı hərbçilərə qarşı yeni təxribat törədiblər.

“Hərbi obyektlərdən birində Dəniz Donanması Gününü qeyd edən zabitlər kütləvi şəkildə zəhərləniblər. 17 rusiyalı hərbçi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, onlardan ikisi artıq dünyasını dəyişib. Qalan 15 əsgərin taleyi hələ məlum deyil”, – deyə Andryuşenko qeyd edib.

Onun sözlərinə görə, rusiyalı hərbçilər qidaya sianid və pestisidlərin qatılmasından şübhələnirlər.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir