Kriminal

Abşeronda kişi keçmiş arvadını uşaqların gözü qarşısında qətlə yetirib – YENİLƏNİB + FOTO

Sharing is caring!

Abşeronda baş verən qətllə bağlı cinayət işi açılıb.

Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, mayın 30-u saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1996-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1987-ci il təvəllüdlü Ramil Məmmədovun küçədə, şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rəqsanə Məmmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ramil Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Modern.az-ın məlumatına görə, hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib.

07:44

Abşeron Gənclər Şəhərciyində qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1996-cı il təvəllüdlü Rəqsanə Məmmədova keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub.

Yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, R.Məmmədova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nikahından iki azyaşlı övladı var. R.Məmmədovanın keçmiş əri öz bibisi oğlu olub.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir