Dünya

“Apollon 16” üzvlərini xilas edən astronavt Tomas Mettinqli vəfat edib – FOTO

Sharing is caring!


“Apollon 16” kosmik missiyasının üzvü olan amerikalı astronavt Tomas Mettinqli 87 yaşında vəfat edib.

Bu barədə NASA-nın saytında bildirilir.

Açıqlamada deyilir ki, NASA astronavtı Tomas Mettinqli II Apollon proqramının uğurunda mühüm rol oynayıb.

Nekroloqda, həmçinin qeyd olunub ki, astronavt maye oksigen çəni partlayan bədnam “Apollon 13” missiyasında həmkarlarının geri qayıtmasında əsas rol oynayanlardan biri olub. O, səhhətinə görə missiyada iştirak edə bilməsə də, Yer kürəsindən əhəmiyyətli yardım edib.

Qeyd edək ki, Mettinqli 1972-ci il aprelin 16-dan aprelin 27-dək “Apollon 16”da pilot olub. Bu missiya zamanı astronavtlar Aya beşinci enişini tamamlayıblar.

Mənbə: RT.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir