Siyasət

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

Sharing is caring!


Bu gün Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Oxu.Az xəbər verir ki, toplantıda Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun, Türkiyənin milli müdafiə naziri Yaşar Gülerin və Gürcüstanın müdafiə naziri Cuanşer Burculadzenin iştirakı gözlənilir.

Y.Güler artıq Bakıdadır.

Müdafiə nazirləri üç ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivlərini, birgə təlimlərin keçirilməsini və digər məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, bu formatda sonuncu görüş bu ilin fevral ayında Türkiyənin Qars şəhərində keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir