Kriminal

Ağcabədidə 30 yaşlı qadını qaçıran şəxs tutulub

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, martın 7-də qohumu Tutu İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb. Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.İbrahimova “ASAN Xidmət” Mərkəzinin əməkdaşıdır. Mart 7-də şəxsi avtomobili ilə işdən evə gedərkən Qeis Cabbarov tərəfindən qaçırılmışdı. Qadın polis tərəfindən martın 14-də tapılmışdı. Anasının sözlərinə görə, Q.Cabbarov onların yaxın qohumudur.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir