Kriminal

Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü

Sharing is caring!




Bakının Suraxanı rayonunda ailə-məişət zəminində baş verən mübahisə zamanı yaşlı kişi başından ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

1969-cu il təvəllüdlü Süleyman Sərxan oğlu Təhməzov yaşadığı evdə oğlunun hücumuna məruz qalıb.

Oğlu atasının başına küt alətlə ağır xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir