Kriminal

Avtoyuma məntəqəsində sürücünün bahalı qol saatı oğurlandı – FOTO

Sharing is caring!


Bakıda məşhur avtoyuma məntəqəsində sürücünün bahalı qol saatı oğurlanıb.

“Qaynarinfo”nun məlumatına görə, hadisə Nizami rayonunda yerləşən avtoyuma məntəqələrindən birində baş verib.

Belə ki, 1987-ci ildə Gəncə şəhərində anadan olmuş Elşad Həsənov (soyad şərti) işlədiyi yerdə “Chevrolet” markalı “Malibu” modelli avtomobilin sürücüsünün üzərində “Perrelet 1777” (A1047/D0472) yazıları olan qol saatını oğurlayıb.

Təqsirləndirilən şəxs saxlandıqdan sonra bazar dəyəri altı min manat olan qol saatını zədələnmiş halda qaytarıb. Saatın kəməri qırılıb ki, onun da qiyməti 450-500 manatdır.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 1 il 11 ay 22 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Elşad cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməyəcək və üzərində elektron nəzarət vasitəsini gəzdirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir