Kriminal

Məhkəmə emalatxanada iki nəfəri bıçaqlayan şəxslə bağlı qərar verdi

Sharing is caring!


Ali Məhkəmədə Sumqayıtda xuliqanlıqda təqsirləndirilən Qorxmaz Salayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət verilib. Bu hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli hökmü ləğv olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib, iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Qorxmaz Salayev barəsində həbs növündə qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə zalında həbs edilib.

Ali Məhkəmənin isə qərarı ilə hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib. İttiham aktına qeyd edilib ki, Qorxmaz Salayev qohumu Fariz Qasım oğlu Məhəmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 04.09.2020-ci il tarixdə, saat 18:30-da Sumqayıt şəhər, 76-cı məhəllə ərazisində yerləşən avtotəmir emalatxananın qarşısında Ülvi Nüsrət oğlu Mustafayev və Ceyhun Əşrəf oğlu Xəlilzadə ilə mübahisə  edib. Bu zaman o, silah qismində istifadə etdiyi bıçaqla hər iki şəxsin ayağına xəsarətlər yetirib. Daha sonra Qorxmaz Salayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir