Kriminal

Sevgilisinə görə sahibkarı bıçaqlayan keçmiş iş adamının cəzası azaldıldı

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Dəmir Əlibəylinin (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın müddəti və qəti cəza hissəsində dəyişdirilib. Həmin hökmlə o, dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti bir il endirilməklə, üç il cəza müəyyən olunub. Təqsirləndirilən şəxs hazırkı qərar üzrə təyin edilmiş cəzaya Samux Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli hökmü ilə təyin edilən üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasının Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə dəyişdirilmiş iki il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq dörd il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 24 yanvar 2023-cü il tarixdə, saat 2 radələrində paytaxt ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Dəmir Əlibəylinin tanışı, zərərçəkmiş Qabil Qüdrətov onun kirayə yaşadığı ünvana gələrək əvvəlcə mənzilin qapısını təpiklə vurub. Zərərçəkmiş təqsirləndirilən şəxsin qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını (şərti adı Səma) özü ilə aparmaq istəyib. Bu zaman onların arasında mübahisə düşüb. Qabil əlində olan şüşə qabla və taxta ilə Dəmirin bədəninin müxtəlif nahiyələrinə zərbə endirib. Daha sonra o, mətbəx bıçağı ilə qəsdən zərərçəkmiş şəxsin bədəninin müxtəlif yerlərinə vuraraq, ona xəsarət yetirib.

Hadisədən sonra Dəmir Əlibəyli saxlanılıb.

Məhkəmədə Dəmir Əlibəyli elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O deyib ki, özü Gəncə şəhərində böyük iş adamı olub, sonra maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün çıxıb Bakıya gəlib. Burada icarəyə kafe götürüb işlətməyə başlayıb. Kafedə də işləri yaxşı olmadığı üçün onu bağlamalı olub. Sonra Səma 9 ay Qabilin yanında işləyib. Dəmir Əlibəylinin sözlərinə görə, hadisədən əvvəl Səma ilə Qabilin arasında nəsə olduğunu eşidib, lakin zərərçəkmiş and içərək belə bir halın baş vermədiyini söyləyib.

Əlavə edək ki, Dəmir Əlibəyli əvvəllər məhkumluq həyatı yaşayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir