Kriminal

Məhkəmə dələduzluqda təqsirləndirilən qadınla bağlı bəraət hökmünü qüvvədə saxladı

Sharing is caring!


Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən S.Cəfərovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti və apellyasiya protestinə baxılıb.

Bu barədə Oxu.Az-a təqsirləndirilən şəxsin vəkili Hikmət Əmiraslanov məlumat verib.

Onun sözlərinə görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı bəraət hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S.Cəfərova ötən ilin mart ayının 25-də Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Lənkəran Rayon Məhkəməsi S.Cəfərova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti və prokurorluq isə apellyasiya protesti verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir