Kriminal

Məhkəmə qətl törədən gənclərlə bağlı qərar çıxardı

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Aleksandr Serebrennikov və Elman Mənsumovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə 2022-ci ilin oktyabrında Sabunçu rayonunun Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Aleksandr Serebrennikov və Elman Mənsumov tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə 1994-cü il təvəllüdlü Çərkəz Ələskərovu qətlə yetirməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Aleksandr Serebrennikov və Elman Mənsumov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir