Kriminal

Kürdəmirdə yolu keçən kişini avtomobil vuraraq öldürüb – FOTO

Sharing is caring!


Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, VAZ-2107 markalı avtomobilin sürücüsü, 1957-ci il təvəllüdlü Nizami Əlisahib oğlu Novruzov həmin yolda hərəkətdə olarkən yolu keçmək istəyən Şahsevən kənd sakini Mübariz Tofiq oğlu Həşimovu vurub.

Zərbənin təsirindən piyada aldığı xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir