Kriminal

Bərdədə iki min manata avtomat satmaq istəyən şəxs saxlanılıb – FOTO

Sharing is caring!


Bərdədə silah satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Qalib Elbrus oğlu Həsənli tutulub. Onun yaşadığı ünvandan bir ədəd “AK-103” markalı avtomat, həmin silaha aid bir ədəd daraq və 75 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, 44 günlük vətən müharibəsi zamanı həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və öz yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib. O, silahı 2 000 manata satmaq istədiyini bildirib.

Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir