Cəmiyyət

Naxçıvanda televiziya işçisi və iki qızı dəm qazından zəhərləniblər – FOTO

Sharing is caring!


Naxçıvanda üç nəfər dəm qazından zəhərlənib.

“Report” xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakinləri – 1977-ci il təvəllüdlü Ruhiyyə Hacı qızı Rəsulova və onun övladları – 2000-ci il təvəllüdlü Jalə Vüqar qızı Mirzəyeva, 2011-ci təvəllüdlü Fidan Vüqar qızı Mirzəyeva evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, Ruhiyyə Rəsulova jurnalist kimi fəaliyyət göstərir və Naxçıvan Televiziyasının əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir