Kriminal

Xarici dövlət rəsmisinə Bakıya səfərində sui-qəsd planlaşdıran əcnəbilərin məhkəməsi başladı

Sharing is caring!


Xarici ölkə vətəndaşları Yazdan Şenas Xales Hosein Ramezanali və Cavidanhelan Ehsan Hoseinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaqı başa çatmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

“Qafqazinfo” xəbər verir ki, cinayət işi üzrə məhkəmə baxışı hakim Novruz Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı 17 yanvar 2024-cü ilə təyin edilib.

Yazdan Şenas Xales Hosein Ramezanali və Cavidanhelan Ehsan Hosein Azərbaycana uydurma motivlə gələrək digər xarici dövlət rəsmisi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşının Azərbaycan Respublikasına növbəti səfəri zamanı Bakı şəhərində ona qarşı sui-qəsd (terror aktı) törətməyə hazırlıq hərəkətlərində ittiham olunurlar.

Həmin şəxslər 2023-cü ilin may ayının 31-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb, cinayət əməlləri ifşa olunub, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə məsuliyyətə cəlb edilərək həbs olunublar.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 277-ci maddəsi ilə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir