İdman

Bakıda keçirilən dünya çempionatı: Üç növdə qaliblər məlum oldu – FOTO/VİDEO

Sharing is caring!


Bakıda atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün qadınlar arasında 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma növündə yarışlar keçirilib.

İsveçrəli Anya Senti 627,7 xalla qızıl medala sahib olub. Gümüş medala Almaniyadan olan atlet Annett Müller yiyələnib. Bürünc medalı Finlandiyalı Marianne Palo bayram edib.

Komanda yarışında isə İsveçrə birinci, Norveç ikinci, Avstriya üçüncü olub.

Kişilər arasında 25 metr məsafəyə standart tapançadan atəş açma növündə yarışlara yekun vurulub.

Hindistanlı Sinq Amanpreet 577 xalla qızıl medala sahib olub. Gümüş medala Koreyadan olan atlet Qunhyeok Li yiyələnib. Bürünc medalı Fransadan olan Kevin Çapon bayram edib.

Komanda yarışında isə Çin birinci, Almaniya ikinci, Koreya üçüncü olub.

Qadınlar arasında 25 metr məsafəyə standart tapançadan atəş açma növündə yarışlara yekun vurulub.

Çinli Sixuan Fenq 572 xalla qızıl medala sahib olub. Gümüş medala Yunanıstandan olan məşhur atıcı Anna Korakaki yiyələnib. Bürünc medalı Avstriyadan olan Silviya Şteyner bayram edib.

Komanda yarışında Çin birinci, Azərbaycan ikinci, Hindistan üçüncü olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir