Kriminal

Lənkəranda qətl törədən şəxs sahibkar imiş – TƏFƏRRÜAT

Sharing is caring!


Lənkəran rayon Separadi kəndində 1983-cü il təvəllüdlü Bəhruz Ağababa oğlu Məmmədov 1974-cü il təvəllüdlü Zülfüqar Əziz oğlu Cəfərovu bıçaqlayaraq öldürüb.

“Qaynarinfo”ya daxil olan məlumata görə, 49 yaşlı Zülfüqar Cəfərovun qətlində şübhəli bilinən Bəhruz Məmmədov rayonda tanınmış sahibkarlardandır. O, kənddəki böyük marketin sahibidir.

Elə mübahisə də sözügedən marketə görə baş verib. Belə ki, özünü kriminal aləmin üzvü kimi təqdim edən Zülfüqar Cəfərovun marketin sahibindən “aylıq haqq” tələb etdiyi iddia olunur.

Təqsirləndirilən şəxs Zülfüqar Cəfərovun bu tələbindən bezdiyi üçün aralarında mübahisə davaya çevrilib. Nəticədə Bəhruz Məmmədov onu bıçaqlayaraq öldürüb.

Hadisə baş verən zaman Zülfüqar Cəfərovun 18 yaşlı oğlunun da orada olduğu deyilir.

Qeyd edək ki, hadisədən sonra 40 yaşlı Bəhruz Məmmədov könüllü olaraq polisə təslim olub. 

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir