İdman

Ronaldudan “Arsenal”a keçmək təklifinə sözsüz reaksiya

Sharing is caring!


Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu boks promouteri Frank Uorrenin Londonun “Arsenal” klubuna keçmək təklifinə sözsüz reaksiya verib.

Məlumata görə, Uorren və Ronaldo Ər-Riyadda keçirilən boks turnirində tanış olublar. Uorren deyib: “O, “Arsenal” ilə müqavilə imzalayır”. Bundan sonra portuqaliyalı forvard gülməyə başlayıb.

Qeyd edək ki, 2 yanvar 2023-cü ildə Ronaldu ildə 200 milyon avro alacağı müqaviləyə əsasən Səudiyyə Ərəbistanından “Əl-Nəsr”ın oyunçusu olub. Portuqaliyalı və ailəsi üçün əlavə bonusların da olduğu bildirildi.

Bu mövsüm o, Səudiyyə Ərəbistanı çempionatında 16 oyun keçirib, 17 qol vurub və iki məhsuldar ötürmə edib. Avqustun 12-də Ronaldu “Əl-Nəsr” ilə Ərəb Çempionlar Kuboku çərçivəsində ilk kubokunu qazanıb.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir