Kriminal

Avtomobilin konstruksiyasında dəyişiklik edərək yol hərəkəti qaydalarını pozan şəxs saxlanıldı – FOTO

Sharing is caring!


Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon ərazisində VAZ-2107 markalı avtomobilə konstruksiya dəyişikliyi edərək yol hərəkəti qaydalarını kobud surətdə pozan sürücü saxlanılıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Arbatan kənd sakini N.Babayevə idarə etdiyi nəqliyyat vasitəsində qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. 

Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində inzibati qaydada tədbirlər görülən zaman isə sonuncu buna mane olaraq, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb.

N.Babayev barəsində Salyan RPŞ-də qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə sonuncu 10 sutka inzibati qaydada həbs edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir