Kriminal

Bakıda restorandan 85 min manatlıq ət oğurlamaqda təqsirləndirilən kababçıya hökm oxunub

Sharing is caring!


Bakıda fəaliyyət göstərən məşhur “Tonqal” restoranında 85 min manatlıq əti oğurlamaqda təqsirləndirilən Natiq Qardaşov və Radiq Mehdiyevin məhkəmə istintaqı yekunlaşıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barədə hökm oxunub.

Hökmə əsasən, Natiq Qardaşov və Radiq Mehdiyev məhkəmə zalından azadlığa buraxılıblar və onların barəsində 5 min manat cərimə tətbiq edilib.

Xatırladaq ki, zərərçəkmiş qismində isə “Tonqal” restoranının icarədarı Şəmsəddin Ələsdan oğlu Hüseynov tanınıb.

Qeyd edək ki, Radiq Mehdiyev özgəsinin əmlakını ələ keçirmək məqsədilə 1 oktyabr 2021-ci ildən 13 avqust 2022-ci ilədək müddətdə Şəmsəddin Hüseynovun icarəyə götürərək işlətdiyi “Tonqal” restoranında kababçı işləyən tanışı Natiq Qardaşovla əlbir olaraq restorana gətirib təhvil verdiyi ətin çəkisini artıq qeyd etdirməklə restoranın xəzinəsindən həmin çəkiyə uyğun pul alıb. Nəticədə Şəmsəddin Hüseynova 85 min 980 manat məbləğində ziyan vurulub.

Onlar barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir