Kriminal

Lənkəran bələdiyyəsinin sabiq sədrinin məhkəməsi başlayır

Sharing is caring!


Lənkəran bələdiyyəsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib.

Lənkəran Rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 19-da Lənkəran bələdiyyəsinin sabiq sədri Aygün Mirzəyevanın qanunsuz hərəkətləri barədə mediada yayılmış məlumatlar əsasında rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Toplanmış sübutlarla Aygün Mirzəyevanın qeyd olunan vəzifədə işlədiyi müddətdə xeyli miqdarda bələdiyyə əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aygün Mirzəyevaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir