Kriminal

Məhkəmə mağazada müştərini döyməkdə təqsirləndirilən nəzarətçiyə bəraət verdi

Sharing is caring!


Binəqədi Rayon Məhkəməsində marketdə müştərini döyərək bədən xəsarəti yetirməkdə təqsirləndirilən Eldəniz İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, Aynurə Sadıqovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, ittihamda irəli sürülən cinayət hadisəsinin olmaması əsası ilə E.İsgəndərova bəraət verilib.

Qeyd edək ki, E.İsgəndərova qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, E.İsgəndərov 2022-ci ilin avqust ayında Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində nəzarətçi işlədiyi mağazanın qarşısında həmin mağazanın daimi müştərisi olan Orxan Kərimovu mağazadan oğurluq etməkdə günahlandıraraq başı ilə onun burun nahiyəsinə və təpiklə belinə vurmaqla xəsarət yetirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir