Kriminal

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən müfəttişin istintaqı yekunlaşıb

Sharing is caring!


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin istintaq prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, R.Rəşidlinin işinə cari il noyabrın 30-da Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən iclasda baxılacaq.

Qeyd edək ki, R.Rəşidli SHXÇDX-nin Laçın rayon bölməsinin çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almaqda ittiham olunub.

Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Rəşad Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir