Kriminal

Mahnı üstündə DSX əməkdaşını qətlə yetirməkdə təqsirləndirilənlərin məhkəmə baxışı təyin olunub

Sharing is caring!


Restoranda Vətən müharibəsi iştirakçısı Cəsarət Vəliyevi öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, bu il matın 16-da qətlə yetirilən Cəsarət Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri, Vətən müharibəsinin iştirakçısı olub.

Hadisə xidmətdən kənar vaxtda, metronun 20 Yanvar stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Qətlə yetirilən baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirərək “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Təqsirləndirilən Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 (bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi açılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir