Kriminal

Evində yarıçılpaq işləyən ustanı döyən kişinin şikayəti təmin olunmadı

Sharing is caring!


Bakı Apellyasiya Məhkəməsində ustanı döyməkdə təqsirləndirilən Habil Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə H.Səmədova 1 000 manat miqdarında cərimə cəzası təyin edilib. İttihama görə, hadisə 16 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Q.Vəzirov küçəsində yerləşən fərdi evlərin birinin qarşısında qeydə alınıb. Belə ki, Habil Səmədovun qonşuluğunda yaşayan Lətif Əsədzadə (şərti) onun evində usta kimi işləyirmiş. L.Əsədzadənin H.Səmədovun həyat yoldaşının yanında yarıçılpaq vəziyyətdə olması səbəbindən aralarında mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs əli ilə zərərçəkmişin sinə və qol nahiyələrinə qəsdən vuraraq xəsarət yetirib. Daha sonra H.Səmədov cinayət məsuliyyətinə cəlb edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir