Cəmiyyət

Qaranohur gölünün payızı – VİDEO

Sharing is caring!

İsmayıllı rayonunda yerləşən Qaranohur gölünün yeni görüntüləri yayılıb.

Yüksək dağ gölü sayılan Qaranohur dəniz səviyyəsindən 1520 metr yüksəklikdə yerləşir. Gölün mənzərəsi fəslə uyğun dəyişməkdədir. Artıq gölün ətrafındakı ağacların yarpaqları sarı rəngə çalır. Hazırda göl payızın gözəlliyini üzə çıxarmaqdadır.

Qeyd edək ki, 1966-cı ildə Lahıca İsmayıllıdan asfalt yol çəkilənə qədər Qaranohur gölü əsas dayanacaq rolu oynayıb. Bu gölün suyu kənd təsərrüfatı üçün əlverişli deyil. Yayda gölün suyunun temperaturu 15°С təşkil edir. 

Baku TV Qaranohur gölünün görüntülərini təqdim edib:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir