Dünya

ABŞ dövlət katibi Navalnının ölümünə görə Rusiyanı günahlandırdı

Sharing is caring!


“Rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsxanada ölümünə görə Rusiya hakimiyyəti məsuliyyət daşıyır”.

Bu sözləri ABŞ dövlət katibi Antoni Blinken Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində deyib.

“Onun Rusiya həbsxanasında ölümü hakimiyyət sisteminin zəifliyini və çürüdüyünü göstərir”, – deyə Blinken bildirib.

“Biz Aleksey Navalnı ilə bağlı vəziyyətə görə narahatlıq keçirən bir çox başqa ölkələrlə danışıqlar aparacağıq”, – deyə ABŞ dövlət katibi qeyd edib.

“Əgər bu xəbərlər doğrudursa, onun həyat yoldaşına və ailəsinə başsağlığı veririk”, – deyə o, əlavə edib.

Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən və Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan rusiyalı müxalifətçi Aleksey Navalnı vəfat edib.

Mənbə: Qolos Ameriki

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir