Kriminal

Sosial yardım düzəltmək adı ilə onlarla şəxsin pullarını mənimsəyən şəxs ƏLƏ KEÇDİ

Sharing is caring!


Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı onlarla şəxsin sosial yardım düzəltmək adı ilə pullarını mənimsəyən Bakı şəhər sakini Romal Bəyəlizadə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə uzun müddət ərzində Bakı şəhərində, eləcə də respublikanın bir neçə rayonunda sosial müavinət düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların külli miqdarda pullarını mənimsəyib.

Həmin şəxs ifadəsində dələduzluq əməllərini səmimi etiraf edib.

R.Bəyəlizadənin əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir