Kriminal

Keçmiş əri tərəfindən öldürülən Pərvanənin qətlinin TƏFƏRRÜATI: Boşanandan sonra…

Sharing is caring!


Keçmiş əri tərəfindən öldürülən 36 yaşlı Pərvanə Məhərrəmovanın qətlinin təfərrüatı məlum olub.

“Trend”in əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində yerləşən “SP beauty” gözəllik salonunda baş verib.

Belə ki, Pərvanə Məhərrəmovanı öldürməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, 41 yaşlı Zamin Tanrıverdiyev hadisəni qısqanclıq zəminində törədib.

Məlumatlara görə, cütlük bir neçə il əvvəl ayrılıb. Boşanandan sonra Pərvanə Məhərrəmova iki qızı ilə kirayədə yaşayıb.

Dırnaq ustası olan Pərvanə Məhərrəmova yaşadığı yerin yaxınlığında olan salonda işləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir