Kriminal

Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs edilib

Sharing is caring!


Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən rayon sakini İntiqam Qarayev saxlanılıb. Onun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Adıçəkilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, qərara əsasən inzibati qaydada 20 sutka həbs edilib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir