Kriminal

İrandan Azərbaycana qanunsuz keçən əcnəbilərə cəza verildi

Sharing is caring!


Astara Rayon Məhkəməsində dövlət sərhədini qanunsuz olaraq keçməkdə təqsirləndirilən üç Əfqanıstan vətəndaşının cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər üç şəxs bir il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdə qeyd olunub ki, həmin şəxslər cəzalarını çəkdikdən sonra Azərbaycanın hüdudlarından kənara məcburi çıxarılsınlar.

İttihama görə, Əfqanıstan vətəndaşları olan həmin şəxslər işləmək məqsədilə birlikdə bu ilin yayında Azərbaycanın mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq pozublar. Onlar dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin Astara rayonu ərazisində yerləşən zastavası istiqamətindən İrandan Azərbaycana keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd pozucusu qismində saxlanılıblar. Əcnəbilərin barəsində Cinayət Məcəlləsinin 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir