İqtisadiyyat

Azərbaycandan ilk dəfə olaraq İrlandiyaya şüşə ixracı başlayır

Sharing is caring!

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin istehsal etdiyi məhsulların ixrac coğrafiyası genişlənir.

İZİA-dan verilən məlumata görə, şirkət ilk dəfə olaraq İrlandiyaya ağ şəffaf şüşə vərəqələrin ixracına başlayıb. İlkin olaraq qarşı tərəfə 140 ton məhsul göndərilib.

“Azerfloat” QSC İrlandiya ilə yanaşı, bir sıra ölkələrə də məhsul ixrac edir.

Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında müxtəlif çeşiddə, yüksək keyfiyyətli rəngli və şəffaf şüşə vərəqələrin istehsalını həyata keçirir.

QSC-nin vərəqə şüşə istehsalı zavodu Azərbaycanda termoformalaşdırılmış şüşə hazırlanması üzrə ilk müəssisədir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir