Dünya

Yuxarı Lars keçid məntəqəsi Ermənistandan gələn bütün nəqliyyat növləri üçün açıldı

Sharing is caring!


Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsi Ermənistandan gələn bütün nəqliyyat növləri üçün açılıb.

Bu barədə Ermənistan İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Belə bir razılaşma Avrasiya İqtisadi Komissiyası (AİK) çərçivəsində keçirilən görüş zamanı əldə olunub.

“2023-cü il dekabrın 1-də Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə AİK çərçivəsində Yuxarı Lars keçid məntəqəsindəki vəziyyəti müzakirə etmək üçün operativ iclas keçirilib. Nəticədə keçid məntəqəsi bütün növ avtonəqliyyat vasitələri, o cümlədən tez xarab olan kənd təsərrüfatı məhsullarını daşıyan yük avtomobilləri üçün açılıb. Eyni zamanda bildiririk ki, hazırda mövcud problemlərin təcili həlli məqsədilə fitosanitariya sahəsində səlahiyyətli dövlət orqanlarının nümayəndələri arasında ikitərəfli işçi məsləhətləşmələr aparılır”, – məlumatda qeyd edilir.

Xatırladaq ki , noyabrın sonunda Rusiya Federasiyası Ermənistandan gələn yüklərinin bir hissəsini Yuxarı Lars keçid məntəqəsi vasitəsilə qəbul etməkdən imtina edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir