Dünya

Rusiyalı general-mayor Ukrayna müharibəsində həlak oldu

Sharing is caring!


Rusiyanın Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini, general-mayor Vladimir Zavadski Ukraynadakı müharibə əməliyyatları zamanı həlak olub.

Bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev özünün “Telegram” kanalında paylaşım edib.

“Şimal Donanmasının 14-cü Ordu Korpusunun komandirinin müavini general-mayor Vladimir Zavadski müharibə zonasında döyüş postunda həlak olub. 2021-ci ilin avqust ayına qədər o, Voronej vilayətinin sakinlərinin xüsusi rəğbətini qazanmış Qırmızı Bayraqlı 4-cü Qvardiya Kantemirov Tank Diviziyasına komandirlik edib”, – deyə o, paylaşımda qeyd edib.

Qusev, həmçinin Zavadskinin ailəsinə və yaxınlarına başsağlığı verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir