İqtisadiyyat

Mikayıl Cabbarov: “Xidmət sektoruna investisiya qoyuluşu 27 faiz artıb” – FOTO

Sharing is caring!


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məhsul istehsalı və xidmət sahələrinə qoyulmuş investisiyaların məbləği ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,8% və 27,4% çox olub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Xatırladaq ki, 9 ay ərzində ölkədə əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,1%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,2% artıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir