Kriminal

Xaçmazda 59 yaşlı qadın itkin düşüb

Sharing is caring!


Xaçmazda 59 yaşlı qadın itkin düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonu ərazisində yaşayan 59 yaşlı Gülxar Cahangirova  2023-cü il iyulun 18-də axşam saatlarında  yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb. 

Qeyd edək ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.

Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Xaçmaz  Rayon Polis Şöbəsinin (2332) 5-53-56 şəhər və (+99455) 722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir