Dünya

Avropa İttifaqının 2030-cu il üçün genişlənmə planları məlum olub

Sharing is caring!


“Avropa İttifaqı 2030-cu ilə qədər təşkilata yeni üzvləri qəbul etməyə hazırlaşmalıdır”.

Bunu Britaniyanın “Financial Times” qəzeti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bleddə keçirilən XVIII Beynəlxalq Strateji Forumdakı çıxışının layihəsinə istinadən yazır.

“Biz Aİ üçün növbəti strateji gündəliyi hazırlayarkən özümüzə dəqiq məqsəd qoymalıyıq… 2030-cu ilə qədər genişlənməyə hər iki tərəfdən hazır olmalıyıq”, – Mişelin çıxışında deyilir.

Prezident vurğulayıb ki, Aİ-nin genişlənməsi əsas vəzifələrdən biri kimi qəbul edilməlidir. O qeyd edib ki, yeni ölkələri qəbul etmək üçün hər cür imkan var və belə bir iddialı addım ittifaqın niyyətlərinin ciddiliyini göstərəcək.

Mənbə: Mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir